• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir

Bakcell AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir
25.01.2017 17:59
3D çapı, Virtual Reallıq proqram təminatı və avadanlığın yaradılması sahəsində yeni imkanlar artıq hamı üçün açıqdır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə İT sahəsində fəaliyyət göstərən bütün yerli developerlərlə yanaşı ümumiyyətlə, ideya və marağı olan hər kəs AppLab proqramının təklif etdiyi geniş imkanlardan faydalana bilər. Bunun üçün qeydiyyatdan keçmək və maraq göstərilən sahə üzrə ideyanı bölüşmək lazımdır.

Qeydiyyat prosesi 25 yanvar 2017-ci il tarixindən 25 fevral 2017-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən ərizəçilər sadəcə applab.bakcell.com/registration/ səhifəsinə daxil olaraq, yuxarıda qeyd olunmuş müddət ərzində anket formasını doldurmalıdırlar. Qeydiyyat müddəti bitdikdən sonra təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və Seçim Komitəsi tərəfindən təsdiq olunan ideyalar ikinci mərhələyə keçəcək. Mümkün 20 xaldan 15 və ya daha çox xal qazanan layihələrin müəllifləri komitə üzvləri ilə görüşəcək və layihədən asılı olaraq 90-180 gün ərzində AppLab proqramında iştirak etmək imkanına malik olacaqlar. Bu müddət ərzində Bakcell şirkəti proqram iştirakçılarına fərdi şəkildə məhsul və ya xidmətlərin inkişaf etdirilməsi və bazara təqdim olunması istiqamətində dəstək göstərəcək.

Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, ünvanında (Sahil bağının yaxınlığında) yerləşən AppLab ofisindən istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana biləcəklər. "Bakcell”in əməkdaşları, Qualcomm şirkətinin və AppLab proqramının digər tərəfdaşlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edəcək.

Qeyd etmək lazımdır ki, seçilmiş developerlərə kömək etmək üçün yerli miqyasda həyata keçirilən digər oxşar proqram və layihələrdən fərqli olaraq, Bakcell şirkəti AppLab proqramı çərçivəsində yaradılan layihələr üzərində heç bir mülkiyyət hüququ iddiası irəli sürmür. Şirkətin başlıca məqsədi ölkənin milli "startap” icması üçün adekvat mühitin yaradılmasında aparıcı rola malik olmaqdır. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı "Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlərə ildə təxminən 70.000 İngilis funt sterlinqi məbləğində investisiyalar əldə etmək imkanı yaradır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişafı məqsədlərinə yönəldilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol