• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil hərəkətsiz dayanan yerdə radara düşdü

Avtomobil hərəkətsiz dayanan yerdə radara düşdü
21.03.2017 17:59
Avtomobil dayanacaqda hərəkətsiz halda olub. Lakin sürət həddini aşması səbəbi ilə radara düşüb. Protokoldakı şəkildən də maşının hərəkətsiz olduğu açıq-aydın görünür.


BAKU.WS xəbər verir ki, minik avtomobili hərəkətsiz dayanan yerdə radara düşdü. Qeyri-adi hadisə Şamaxıda baş verib. Rayon sakini Ağasalam Nəhmətov 3 gün öncə idarə etdiyi avtomobili dayanacaqda saxlayaraq evə gedib. Elə həmin vaxt da maşın radara düşüb.


Ağasalam Nəhmətov hansı səbəbdən cərimələndiyini öyrənmək məqsədi ilə polisə müraciət edib. Ona bildirilib ki, sürət həddini aşdığı üçün radara düşüb.


İşin qəribə tərəfi odur ki, minik avtomobili həmin vaxt hərəkətsiz olub. Bu, protokoldakı şəkildən də açıq-aydın görünür. Şəkil çəkilən vaxt avtomobilin yanında olan adam da kadra düşüb.


Ekspertlər bildirirlər ki, Ağasalam Nəhmətov məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Bu halda fakt araşdırılacaq və həqiqətən də sürücü haqlıdırsa, protokol ləğv ediləcək.
 
Xəzər TV-nin sözügedən problemlə bağlı hazırladığı geniş reportajı təqdim edirik:

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol