• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian Energy jurnalının 100-cü nömrəsi işıq üzü görəcək

Caspian Energy jurnalının 100-cü nömrəsi işıq üzü görəcək
05.04.2017 14:28

2017-ci ilin iyununda Caspian Energy jurnalının Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin eksklüziv müsahibəsinin dərc olunduğu 100-cü yubiley nömrəsi işıq üzü görəcək. Bu barədə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.


"Maraqlıdır ki, jurnalın birinci buraxılışı kimi 100-cü nömrəsinin təqdimatı da Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün əlamətdar hadisə olan "Caspian Oil&Gas” beynəlxalq sərgi və konfransının açılışı zamanı baş tutacaq”, - deyə Telman Əli­yev qeyd edib.


"Həmçinin bildirmək istərdim ki, Caspian Energy İnternational Media Group bir  neçə ildir İTE Group şirkəti və onun partnyoru İteca Caspian tərəfindən təşkil olunan sərgi və konfarnsların baş informasiya tərəfdaşıdır”, - deyə o vurğulayıb.  


Onun sözlərinə görə, həmin nömrədə əsas diqqət hasilat meyarlarına və dənizdə neft-qaz əməliyyatlarının aparılmasının təhlükəsizliyinə müvafiq olaraq neft-qaz yataqlarının, həmçinin Xəzərin yataqlarında fəaliyyət göstərən neft-qaz şirkətlərinin reytinqinə yönəldiləcək. 


"Bununla əlaqədar olaraq, biz SOCAR prezidenti Rövnəq Abdullayevə, "KazMunayGas” SC-nin idarə heyətinin sədri Sauat Mınbayevə, "LUKOYL” PSC-nin prezidenti Vahid Ələkbərova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza, Total şirkətinin Azərbaycan üzrə icraçı direktoru Döni Lömarşala və digər neft-qaz şirkətlərinin rəhbərlərinə eksklüziv müsahibə ilə bağlı rəsmi məktubla müraciət etmişik. Həmin müsahibələrdə onların Xəzərdə karbohidrogen çıxarılması zamanı tətbiq olunan təhlükəsizlik tədbirləri və in­novasiya texnologiyaları barədə məlumat verəcəkləri nəzərdə tutulub”, - deyə Telman Əliyev söyləyib.


Jurnal həmçinin Moskvada 14-cü Beynəlxalq Neft və Qaz sərgisində (27-30 iyun 2017-ci il) və İstanbulda 22-ci Ümumdünya Neft Konqresində (WPC) (9-13 iyul 2017-ci il) təqdim ediləcək.


Caspian Energy İnternational Media Group-un əsas nəşri olan Caspian Energy jurnalının ilk nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Dü­nyanın 50 ölkəsində yayılan jurnalda dövlət və hökumət başçılarının, nazirlərin, dövlət və özəl şirkətlərin rəhbərlərinin müsahibələri, nüfuzlu ek­spertlərin məqalələri, həmçinin analitik materiallar dərc olunur. 


Bir sıra reytinq agentliklərinin hesablamalarına görə, Caspian Energy jurnalı dünyanın 20 nüfuzlu neft-qaz nəşri və regionun 5 aparıcı neft-qaz jurnalı siyahısına daxildir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol