• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Palatası aydınlıq gətirir

Maliyyə Palatası aydınlıq gətirir
18.04.2017 19:40
"İnzibati Prosessual Məcəlləyə” edilən dəyişikliyə əsasən, Maliyyə bazarlarına nəzarət orqanının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq sorğuya cavab olaraq bildirilib.

Rəsmi məlumatda yaradılması nəzərdə tutulan "körpü banklar”la bağlı məsələyə də aydınlıq gətirilib.

Bildirilib ki, "Banklar haqqında” qanuna edilmiş yeni dəyişikliklərə əsasən, "körpü bank” ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin tam və ya qismən köçürülməsi, onların müvəqqəti idarə edilməsi məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən yaradılan və idarə olunan bankdır:

"Başqa sözlə, "körpü banklar” ödəmə qabiliyyətini itirmiş bankların sağlam aktiv və öhdəliklərinin köçürülməsi və daha sonra investora satılması üçün nəzarət orqanı tərəfindən yaradılan müvəqqəti təsisatdır. 

Ödəmə qabiliyyətini itirmiş banklar özünün qeyri-işlək (toksik) aktivləri ilə investorlar üçün cəlbedici olmur. Ancaq belə bankların sağlam aktivləri, eyni həcmdə öhdəliklərlə birlikdə müvəqqəti yaradılmış "körpü bank”ın çətiri altında toplandıqda bu cür aktivlər daha əlverişli şərtlərlə investorlara satıla bilir.

Qanuna əsasən, təsis olunduğu gündən 6 ay ərzində maliyyə bazarlarına nəzarət orqanı "körpü bank”ın investora satışını təmin etməlidir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliklərdə Palatanın "bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz” təklifi yer almayıb.

Xatırladaq ki, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi və bankın resolyusiyası çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməzdi.

Parlamentdə müzakirəyə çıxarılan təklif bir çox deputatlar tərəfindən narazılıqla qarşılanmış, bunun Konstitusiyaya ziddi olduğu bildirilmişdi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol