• $
  • €
  • ₽
  • ₺
  • £

Bugünkü hərrac banklara 975 min manat qazandırıb

Bugünkü hərrac banklara 975 min manat qazandırıb
08.05.2017 20:20
"Bu gün ilin 24-cü depozit hərracı keçirilib. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də, illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb”.

İqtisadçı-ekspert Samir Əliyev depozit hərraclarının gedişi və nəticələrini şərh edib. 

Bildirib ki, bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq: 

"Ümumilikdə isə Mərkəzi Bank 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.

Mart ayının ortalarından başlayaraq keçirilən 12 hərracın hamısında Mərkəzi Bankın depozit cəlbində tələb təklifi üstələyib. Bu gün isə tələb rekord həcmdə olub. Yəni, ölkənin əmanət bazarının 7%-i səviyyəsində”.

Hərraca marağın artmasının səbəbi nədir? İqtisadçı ilk olaraq bunu manatın son vaxtlar sabitləşməsi və hətta müəyyən qədər bahalaşması ilə izah edib: 

"Bu məqam bankların manata inamını qısamüddətli olsa da bərpa edə bilib. İkinci səbəb depozitlərin qısamüddətli olmasıdır. Depozitin müddəti əvvəllər 28 günlük olsa da, sonralar 14-ə endirildi. Müddətin qısaldılması və manatın məzənnəsində qısa müddətdə ciddi dəyişikliyin olmayacağı qənaəti bankları depozit yatırmağa həvəsləndirib. 

Üçüncü səbəb riskin olmamasıdır. Kreditlərdən fərqli olaraq Mərkəzi Bankda yerləşdirilən depozitlərin geri qaytarılmaması təhlükəsi yoxdur. Nəhayət, sonuncu səbəb böyük xərc tələb etməməsidir. Mərkəzi Bankda depozit yerləşdirmək üçün kredit verilişində olduğu kimi xərclərə (məsələn, əlavə işçi saxlanması) ehtiyac yoxdur”.

Ekspert bankların depozit hərracında iştirakının məhdudlaşdırılmasına da toxunub: 

"Hərracda iştirak edən bankların adları, təəssüf ki, açıqlanmır. Məlum deyil ki, neçə bank hərracda depozit yerləşdirir. İstisna deyil ki, əsas iştirakçılar bir neçə bankdır. Mərkəzi Bank hərraclarda rəqabət mühitini təmin etmək üçün büdcə pullarına çıxışı olan bankların iştirakını məhdudlaşdırmalıdır. 

Çünki heç kim zəmanət verə bilməz ki, büdcə pulu həmin istiqamətə yönləndirilmir. Bir bank 14-16%-lə manat əldə edir, digər bank isə havayı. Birinci üçün indiki faiz dərəcəsi cəlbedici deyil, amma ikincinin büdcə pullarını (maaş, pensiya, sosial müavinət və s.) ləngitməklə əlavə qazanc əldə etməsinə imkan verir”.

S.Əliyevin fikrincə, Mərkəzi Bankın bu addımı manata güvənlik verməyə, daha doğrusu, banklardakı pulun valyuta bazarına üz tutmamasına hədəflənib:

"Nəticə var, manat sabitləşib. Amma bu addım müvəqqətidir. Mərkəzi Bank aşağı faizlə mərkəzləşdirilmiş kredit vermək əvəzinə banklardakı manat kütləsini geri yığır. Ölkə iqtisadiyyatı, o cümlədən sahibkarlar isə hazırda kreditsiz qalıb”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol