• $
  • €
  • ₽
  • ₺
  • £

Biləsuvarın Əliabad kəndinin yolu yenidən qurulub - FOTOLAR

Biləsuvarın Əliabad kəndinin yolu yenidən qurulub - FOTOLAR
10.05.2017 22:00
"Azəravtoyol” ASC tərəfindən ölkə boyu aparılan kompleks tədbirlər çərçivəsində Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir olunub.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür. Əsaslı təmir-tikinti işləri "Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.

Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun 12 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib. Zəruri olan yerlərdə 14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbarhimov Biləsuvar rayonu Əliabad kəndində anadan olub.
 


 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol