• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət əmlakı icarəyə verilir

Dövlət əmlakı icarəyə verilir
10.05.2017 18:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı növbəti müsabiqə elan edilib.

Komitədən Trend-ə verilən məlumata görə, müsabiqəyə 5 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Bakının Nərimanov rayonunda, regionlarda isə müvafiq olaraq Ağsuda, Zərdabda, İmişlidə və Beyləqanda yerləşir. İcarəyə verilən əmlakların sahələri 6 kv.m ilə 59 kv.m arasında dəyişir. Obyektlərin vəziyyəti istifadəyə tam yararlıdır. Əmlaklar ictimai iaşə, xidmət və digər iqtisadi sahədə fəaliyyət göstərilməsi üçün əlverişlidir. Müsabiqəyə çıxarılan obyektlər arasında ən aşağı icarə haqqı 7 manat təşkil edir. Belə obyektlər bir neçə mərtəbəli binanın 2-ci, 3-cü, 4cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.

Bu müsabiqənin bir sıra üstünlükləri mövcuddur. Bunlardan biri müsabiqəyə çıxarılan obyektlərin sahibləri üçün gəlir mənbəyinə çevrilə bilməsidir. Eyni zamanda həmin obyektlərin fəaliyyətinin bərpası yeni iş yerlərinin açılmasına şərait yaradır. Müsabiqəyə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan istənilən şəxs qoşula bilər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sifarişçilər ərizə, komitənin bank hesabına obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi miqdarında behin köçürülməsini təsdiq edən qəbz verməlidir. Ancaq qalib olmuyan şəxslərin behi isə müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır. Sifarişçi hüquqi şəxs olduqda ərizədə çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətini, təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti, fiziki şəxs olduqda isə şəxsiyyət vəsiqəsinin sürətini, sahibkarlıq fəaliyyəti haqqında məlumatı təqdim etməlidir. Sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə isə həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd tələb olunur.

Bundan başqa, sifarişçilər qarşısında bir sıra şərtlər də qoyulur. Onlar icarəyə verilən obyektin hazırki təyinatı üzrə istifadə edilməsini təmin etməli, əmlakın ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaratmamalı, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməməlidir. Eyni zamanda sifarişçilər icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü də qoruyub saxlamalıdırlar.

Qaliblər isə müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsinin imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol