• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" 13 ərazidə yağış sularının kənarlaşdırılması üçün kollektor tikəcək

"Azərsu" 13 ərazidə yağış sularının kənarlaşdırılması üçün kollektor tikəcək
02.06.2017 20:13
"Azərsu" ASC Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Nazirlər Kabinetinin sərəncamından irəli gələn vəzifələrin icrasına başlayıb.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, sərəncama əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən dövlət müəssisəsinə 14,7 mln. manat vəsait ayrılıb. Bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb.

"Azərsu" ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bildirib ki, bu layihələr hazırlanarkən intensiv yağıntılar zamanı subasma hallarının baş  verdiyi kritik ərazilər müəyyənləşdirilib: "Bakı şəhərinin bəzi ərazilərində yağış və kanalizasiya infrastrukturunun olmaması intensiv yağıntılar zamanı problemlər yaradırdı. Subasma hallarının aradan qaldırılması məqsədilə "Azərsu" tərəfindən mütəmadi profilaktiki tədbirlər görülsə də, kompleks layihələrin reallaşdırılmasına ehtiyac var. Bu baxımdan aidiyyatı qurumların mütəxəssisləri ilə birlikdə subasma halları daha çox müşahidə olunan ərazilər, su yığılmalarının səbəbləri araşdırılıb və problemin həlli yolları müəyyənləşdirilib. Eyni zamanda Abşeron yarımadasında bir sıra göllərin su səviyyəsinin tənzimlənməsi nəzərə alınıb".
 
Qısa müddətdə ASC-nin mütəxəssisləri tərəfindən layihələr hazırlanıb və inşaat işlərinə başlanılıb. Bu layihələr arasında göllərin su səviyyəsinin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.

İntensiv yağıntılar zamanı suyun səviyyəsi artaraq subasma halları baş verən göllərdən biri də Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən eyniadlı göldür. Səhmdar Cəmiyyətin sifarişi əsasında göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 mm diametrli borularla ümumi uzunluğu 4,7 km olan kollektorun tikintisinə başlanıb. Kollektorun göldən açıq kanala qədər olan hissəsi qısa müddətdə tikilərək istismara verilib. Göldə suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr məsafədə uzadılacaq və burada sugötürücü kamera tikiləcək.

Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,4 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.

Bu ilin payız mövsümünə qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq, göllərin daşması və yaşayış evlərinə ziyan vurması kimi təhlükələr aradan qaldıracaq.

İcra olunacaq layihələr:
 
- Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi;
- Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi;
- Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi;
- Binəqədi şosesi boyu kollektorun tikintisi;
- Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi;
- Sabunçu rayonu ərazisində kollektorun tikintisi;
- Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi;
- Daşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi;
- Sabunçu rayonu "Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi;
- Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi;
- Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi;
- Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi;
- Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol