• $
  • €
  • ₽
  • ₺
  • £

“Atletlər kəndi” satışa çıxarılır

“Atletlər kəndi” satışa çıxarılır
06.06.2017 10:15
Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan "Atletlər kəndi”ndəki binaların satışa çıxarılacağı gözlənilirdi. 

Anews.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı araşdırma aparıb.  Mövzuya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova aydınlıq gətirib. O, sayta deyib ki, "Atletlər kəndi”ndəki bir neçə binanın satışa çıxarılması məsələsi hazırda gündəmdədir: "2015-ci il Avropa Oyunları ilə bağlı AZINCO şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin müddəti 2017-ci ilin iyun ayının sonlarına qədər idi.

Müqavilədə "Atletlər kəndi”ndə nə qədər bina var idisə, onların icarəyə götürülməsi öz əksini tapmışdı. Artıq oyunlar bitib. Sadəcə, bu məsələlərlə bağlı təhvil-təslim işləri qalır. Bundan sonra binaların hamısı AZINCO şirkətinə geri qaytarılacaq. Digər bir məqam da var. AZİNCO şirkəti "Atletlər kəndi”ndəki bir neçə binanın ehtiyat olaraq boş saxlanılması təklifini irəli sürüb. Nəzərə alsaq ki, qarşıda ölkəmiz bir sıra böyük tədbirlərə ev sahibliyi edəcək, bu səbəbdən də lazım olacağı təqdirdə həmin binalardan istifadə mümkündür. Çünki bu binalar böyük yarışlar zamanı təcrübədən keçmiş yaşayış yerləridir”.

Nazirlik rəsmisinin sözlərinə görə, binaların içindəki avadanlıqların bir hissəsi artıq satışa çıxarılıb. ""Atletlər kəndi”ndə yerləşən binaların içindəki avadanlıqların bir hissəsi gəlirlərin büdcəyə qaytarılması şərtilə satışa çıxarılıb və satılır. Digər hissəsi isə müəyyən dövlət qurumları, idman obyektlərinə verilir. "Atletlər kəndi”ndəki binalarda bəzi texniki avadanlıqlar, İT qurğuları  var ki, onlara dəyilməyəcək. Yəni onlar satışa çıxarılmayacaq. Çünki hələ qarşıda böyük tədbirlər planı, yarışlar var. Həmin texnologiyalara toxunmamaqla bağlı təcrübə mövcuddur. Həmçinin, həmin texnikanı yenidən quraşdırmaq çətin məsələdir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol