• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın 5 ildə neft bazarında kəsir olmayacaq

Yaxın 5 ildə neft bazarında kəsir olmayacaq
06.06.2017 12:20
Neft bazarında qeyri-müəyyənlik neft şirkətlərinin geoloji kəşfiyyat və yeni yataqların işlənməsi üzrə fəallığını məhdudlaşdırsa da, tələbin təmin edilməsində narahatlığa əsas yoxdur. 

Anews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

ABŞ-ın nüfuzlu banklarından biri olan "Bank of America"nın ("BoA") analitikləri bildirib ki, kapital xərclərinin azaldılması şirkətlərin investisiyaları kəsməsi anlamına gəlmir: "Yaxın 5 il ərzində neft bazarı iştirakçıları təklif azlığından əziyyət çəkməyəcəklər".

"BoA"da hesab edirlər ki, bu müddət ərzində Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələrindən kənarda 50-yə yaxın ənənəvi neft yatağı istismara veriləcək. Buna görə də OPEC və şist neft hasilatçılarına tələbatı ödəmək üçün hasilatı gündəlik 900 min barel artırmaq kifayət edəcək. 

"BoA"a görə, hazırda sutkada 180 min barel neft hasil edən Qazaxıstan "Kaşaqan" yatağı hesabına gündəlik hasilatı 2022-də hasilatı 1,2 mln. barelə çatdıracaq. Eyni zamanda, o vaxta qədər Rusiyadakı yeni yataqlardan sutkada 1 mln. barel əlavə neft hasil edəcək. Braziliyada isə yaxın il yarım ərzində 7 yeni yataq istismara veriləcək. Həmçinin Kanada, Şimal dənizi və Meksika körfəzindəki yeni yataqlarda hasilat başlayacaq. 

"BoA"da hesab edirlər ki, yeni işə düşəcək layihələrdə neftin orta maya dəyəri 37 dollar/barel olacaq. Şist neft hasilatçılarının maya dəyəri isə 40-50 dollar/barel təşkil edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol