• $
  • €
  • ₽
  • ₺
  • £

17 dövlət müəssisəsi özəlləşdirildi

17 dövlət müəssisəsi özəlləşdirildi
06.06.2017 15:40
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Anews.az Komitəyə istinadən xəbər verir ki, hərracda yeddi kiçik dövlət müəssisəsi, altı qeyri-yaşayış sahəsi və dörd nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin dördü Bakıda, üçü regionda yerləşir.

Paytaxt üzrə özəlləşdirilən dörd kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və Nərimanovda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən "Metal və ərzaq anbarı”, İmişli rayonunda yerləşən 2 saylı yanacaqdoldurma məntəqəsi aiddir. 

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncədə, İmişlidə və Qubada yerləşir.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Yasamalda, Xətaidə və Nəsimi rayonundadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Gəncədə yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 14,2 kvadratmetrlə 107,3 kvadratmetr arasında dəyişir.

 Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 13 iyun tarixində  keçiriləcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyət, 40-ı kiçik dövlət müəssisə və obyekt, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol