• $
  • €
  • ₽
  • ₺
  • £

"Qətər məsələsi" neft bazarını silkələdi - Qiymətlər düşür

"Qətər məsələsi" neft bazarını silkələdi - Qiymətlər düşür
06.06.2017 21:40
Bir neçə Ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsi artıq neftin dünya bazar qiymətinə təsir göstərir. Bir sıra gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir. Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

İqtisadçının fikrincə, qiymətin aşağı düşməsi OPEK üzvü olan ölkələr arasındakı dimplomatik gərginliklə bağlıdır: "Belə ki, bu gərginliyə görə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərir. Praktik olaraq, "Qətər məsələsi" OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb.

Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanlarnı xeyli məhdudlaşdırır. Digər tərəfdən, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Bundan başqa, Səudiyyə Ərəbistanının Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var".

V.Bayramov qeyd edib ki, körfəz ölkələrində müşahidə edilən son diplomatik gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini də çətinləşdirib: "Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol