• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Monitorinqi Xidmətinə daha bir səlahiyyət verilir

Maliyyə Monitorinqi Xidmətinə daha bir səlahiyyət verilir
06.06.2017 18:34
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma məqsədi ilə aparılıb. Komitə sədri qeyd edib ki, qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə prezidenti tərəfindən parlamentə təqdim olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov "Valyuta tənzimi haqqında” qanuna dəyişiklik barədə açıqlamasında qeyd edib ki, 14-1-ci maddə yeni redaksiyada təklif olunur.

Düzəlişə əsasən, "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir”. Burada məqsəd gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bunun maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Sonra 2016-cı il dekabrın 16-da qəbul edilmiş "Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar müxtəlif sahələr üzrə hesablaşmalar zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı bəzi qanunlara dəyişikliklərin edilməsi müzakirə olunub.

Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu məsələ ilə əlaqədar Əmək Məcəlləsinə, o cümlədən "Turizm haqqında”, "Təhsil haqqında”, "Sosial müavinətlər haqqında”, "Sosial sığorta haqqında”, "Məşğulluq haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İcbari sığortalar haqqında”, "Əmək pensiyaları haqqında”, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan müvafiq düzəlişlər barədə ətraflı məlumat verib.

İclasda "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 12-2-ci maddəsinə ediləcək dəyişikliyin mahiyyəti barədə də danışılıb. Bildirilib ki, maddənin qüvvədə olan mətninə görə, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.

Təklif olunur ki, buraya "o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna” sözləri əlavə edilsin. Bu dəyişiklik Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə edilir.

Tədbirdə, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda nəzərdə tutulan redaktə xarakterli və digər zəruri dəyişikliklərə baxılıb.

Müzakirələrin sonunda gündəliyə daxil edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol