• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirdi

Unibank korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirdi
04.07.2017 11:47
İndi Unibankın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən büdcə ödənişlərini və hesablaşma əməliyyatlarını apara biləcəklər.
 
Unibankın yenilənmiş İnternet bankinq xidməti biznes sahiblərinə istədikləri vaxt və istənilən yerdə, təhlükəsiz, cəmi bir neçə dəqiqə ərzində bank əməliyyatlarını aparmağa, biznesləri ilə bağlı sərəncam verməyə imkan yaradır.

Yenilənmiş internet bankinqdə hansı təkmilləşdirmələr aparılıb?

- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çoximkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;

- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda və istifadəsi daha asan olub;

- Azərcell bölümü- şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;

-Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;

- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;

- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.

Necə qeydiyyatdan keçmək olar?

İndi Unibankın İnternet bankinqində qeydiyyat prosesi xeyli asanlaşıb. Xidmətə qoşulmaq daha sadə və daha təhlükəsiz olub.

Hüquqi şəxslər və fərdi sahibkarlar xidmətə indi təkcə Google Authenticator-la deyil, ASAN İmza vasitəsi ilə də qoşula bilərlər. Hər iki xidmətlə qoşulmaq müştəriyə sistemə daxil olmaqla bütün sənədləri imzalamaq hüququ verir.

Niyə məhz Unibank-ın internet bankinq xidmətini seçməlisiniz?

Pulsuzdur:

- Unibank-da internet- bankinq sifarişi və qoşulmaq pulsuzdur.

Bütün növ köçürmələr mümkündür:

- Unibank-ın internet-bankinq xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini, eləcə də ölkə xarici köçürmələri mümkün edir.

Məlumatlandırır:

- Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.

Hamı üçündür:

- Unibankın internet-bankinq xidmətindən korporativ müştərilərlə yanaşı, fərdi sahibkarlar da istifadə edə bilərlər.

Təhlükəsizdir:

- Müasir və son dərəcə yüksək texnologiyalar əsasında qurulmuş İnternet bankinq aparılan bank əməliyyatlarının təhlükəsizliyinə və məxfiliyinə tam təminat verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

Unibank internet bankinq- təhlükəsizlik və rahatlıq hər zaman 1-ci yerdə!

Unibank-hər kəsin bankı!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol