• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda tərəvəz sahələrində xəstəlik yayılıb

Masallıda tərəvəz sahələrində xəstəlik yayılıb
08.07.2017 17:23
Masallı rayonunda əkin sahələrinə ziyanverici həşəratlar daraşıb.

Anews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, sahibkarlara ciddi ziyan dəyib.

Rayonun üç kəndində - Qızılağac, Kalinovka və Öncəqalada vəziyyət daha ciddidir. Pomidor əkilmiş 20 hektarlıq sahədə bütün məhsul zay olub. Bununla da, təsərrüfat sahiblərinin hər hektara xərclədikləri 2 min manat pul batıb.

Fermerlərin sözlərinə görə, əkdikləri pomidorun toxumu İrandan gətirilən "Fanat-Bolqar” növündədir. Bu toxumdan əldə olunan məhsul daşınmaya daha davamlı olduğu üçün Rusiyaya ixrac edilir. Amma bu dəfə qonşu ölkəyə pomidor satmaq mümkün olmayacaq, çünki məhsul yetişənə kimi xəstəliyə tutulub. Aparılan dərmanlama işləri isə heç bir nəticə vermir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Həzər Hüseynov yayılan xəstəliyə görə təsərrüfat sahiblərinin ittiham edib. Onun sözlərinə görə,  bu xəstəliyin ilkin əlamətləri mayda və iyun ayının əvvəlində sahələrin ətrafında kəpənəklərlə müşahidə olunur. Bu zaman sahələr düzgün qaydada dərmanlanmalı idi. İndi isə ziyanvericilərin yayılmasının üçüncü mərhələsidir. Artıq sovkalar yumurtadan qurd halına keçib. Bu da məhsulu sıradan çıxarıb. Bununla belə, sahibkarlar lazımi preparatları düzgün şəkildə tətbiq edərsə, bitkidə ikinci çiçəkləmədən sonra məhsul götürmək olar ki, bu da dəyən ziyanı müəyyən qədər aradan qaldırar.

Məsələ ilə bağlı Masallı Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, yayılan xəstəliklə əlaqədar Bitki Mühafizəsi İdarəsinin mütəxəssisləri ilə birlikdə sahələrə baxış keçirilib. Ziyanverici həşəratların nümunələri götürülərək laboratoriyaya göndərilib. Bu həşəratların növü aydınlaşdırılaraq ona qarşı hansı dərman preparatlarının effektli olacağı müəyyənləşdiriləcək.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol