• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi

“Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi
04.08.2017 16:57
Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə, "Nar” Turbo paketlərində interneti limitsiz etdi. İndi Turbo XS, Turbo S və Turbo M paketlərini əldə edən abunəçilər ölkənin hər yerində yüksək sürətli "Nar” internetindən yararlana bilər. Paket çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər internet bağlantısı kəsilmir.

Turbo XS (60 Mb), Turbo S (200 Mb) və Turbo M (600 Mb) paketlərindən yararlanmaq üçün +XS, +S və ya +M yazaraq 777 nömrəsinə SMS göndərmək lazımdır. Paketlərin dəyəri müvafiq olaraq 1, 2 və 3 AZN təşkil edir.

Qeyd edək ki, "Nar”-ın təqdim etdiyi bütün paketlərdə internet limitsiz olduğuna görə, paketin həcmi bitdikdən sonra, istifadə müddətinin sonuna qədər, abunəçilərin balansı toxunulmaz qalır, yalnız internetin sürəti məhdudlaşdırılır. Paketin istifadə müddəti bitənə qədər abunəçilər WhatsApp və digər messencerlərdən tamamilə pulsuz və rahat istifadə edə bilər.

Həmçinin, internet bağlantısı saxladığına görə, mobil operator traffik bitdikdən sonra abunəçilər üçün yarana biləcək gözlənilməz xərclərin qarşısını alır. "Nar” internet paketləri haqqında bütün məlumatı nar.az/internet saytından əldə edə bilərsiniz.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol