• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı limanı MDB-də ilk dəfə “Yaşıl liman” statusu alacaq

Bakı limanı MDB-də ilk dəfə “Yaşıl liman” statusu alacaq
20.11.2017 11:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa İttifaqı ölkələrinin limanlarına böyük həcmdə yüklər daşınacaq.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı MDB məkanındakı bu tipli limanlar arasında ilk dəfə "Yaşıl liman” statusu alacaq.

"Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.

"Söhbət Bakı limanının təbiətə az zərər vuran, enerji səmərəli infrastruktura malik olmasından, bu istiqamətdə müasir texnologiyalardan istifadə etməsindən gedir. "Yaşıl liman” statusunun əldə edilməsi qarşıya məqsəd kimi qoyulub və bununla bağlı Avropa İttifaqı ilə birgə iş aparılır”, - deyə o, qeyd edib.

T.Ziyadov həmçinin deyib ki, Bakı limanında aparılan tikinti işlərinin I mərhələsi gələn ilin ortalarında başa çatdırılacaq: "Son nəticədə liman 15 mln. ton yük aşırmaq gücünə malik olacaq. Bu da kifayət qədər böyük tonnajdır və önümüzdəki 2-3 il ərzində Asiyadan Avropaya gözlənilən yük daşınması ilə bağlı tələbatı ödəməyə imkan verəcək”.

Bundan başqa, onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilkin mərhələdə Bakı limanı vasitəsilə aşırılan yüklərin həcmini təxminən 1 mln. ton artıracaq: "Bu dəmir yolunun hesabına Azərbaycanda Türkiyənin Mersin limanına, eləcə də Avropa İttifaqı ölkələrinin limanlarına böyük həcmdə yüklər daşınacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol