• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib

Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib
13.12.2017 12:04
Azercell Telekom MMC-nin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub.
 
Dekabrın 11-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilən yarışda 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə 19 medal uğrunda mübarizə aparıblar. Bu dəfə idmançılarımız boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi kimi idman oyunlarında öz güclərini sınayıblar. Oyunların açılış mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Milli Paralimpiya Komitəsinin İlqar Rəhimov, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, UNİCEF-in Beynəlxalq eksperti Kolin Higgis , Gənclər və İdman Nazirliyinin, Olimpiya Komitəsinin, qeyri hökumət təşkilatlarının və nümayəndələri iştirak edib. III Uşaq Paralimpiya İdman Oyunlarının açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram da təşkil olunub.

Qaliblər kubok, medal, diplomlarla təltif olunublar və Azercell Telecom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol