• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkətinin stendi “BakuTel-2017” sərgisinin ən orijinal stendi seçildi

Bakcell şirkətinin stendi “BakuTel-2017” sərgisinin ən orijinal stendi seçildi
13.12.2017 12:39
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "BakuTel 2017” Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi "BakuTel-2017” sərgisinin "ən orijinal stendi” adına layiq görülüb.

2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş "BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş Bakcell stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri "Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, Bakcell stendinin qonaqları Bakcell şirkətinin təqdim etdiyi "Bakcell TaxFree app”, "Klass Postpaid”, "MyHour” və hətta "Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.

Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə Bakcell şirkətinin "AppLab” proqramı vasitəsilə gənc Azərbaycanlı proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.

Nəticədə innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi sərginin "ən orijinal stendi” seçilib və "BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub. Bakcell şirkətinin "BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol