• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi: "Kənd təsərrüfatı digər sahələrə rəqabətdə uduzur"

Prezidentin köməkçisi: "Kənd təsərrüfatı digər sahələrə rəqabətdə uduzur"
20.12.2017 18:24
"Kənd təsərrüfatı iqtisadiyyatın davamlı və çox mühüm şərtlərindən biridir. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı sinerji effekti verən bir sahədir. Başqa sözlə, kənd təsərrüfatı inkişaf etdikcə sənayenin digər sahələrinin də inkişafına şərait yaradır”.

"APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi də məhz kənd təsərrüfatının inkişafından asılıdır: "Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi az qala milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik səviyyəsində olan bir məsələdir. Nəzərə almalıyıq ki, əhalimizin yarısı kəndlərdə yaşayır. Bu isə həm də o deməkdir ki, kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”.

Prezidentin köməkçisi deyib ki, məşğul əhalinin təxminən 38%-i məhz kənd təsərrüfatında cəmləşib.

"BMT-nin hesablamalarına əsasən, kənd təsərrüfatı sahəsi yoxsulluğun aradan qaldırılması baxımından çox mühüm yer tutur. Belə ki, digər sahələrlə müqayisədə kənd təsərrüfatının təsir effekti 4 dəfə güclüdür. Beləliklə, kənd təsərrüfatı həm də sosial missiyanı yerinə yetirir. Bu gün kənd təsərrüfatında bizim çox böyük ehtiyatlarımız var”, - deyə A.Əmiraslanov vurğulayıb.

Onun sözlərinə görə, digər sahələrlə müqayisədə kənd təsərrüfatı sektoru investisiya cəlbi baxımından daha cəlbedicidir: "Bu isə onunla əlaqədardır ki, digər sahələrdə tələbat azaldığı halda istehsal azalırsa, kənd təsərrüfatı mallarına tələbat azalmır. Bu isə kənd təsərrüfatı sektorunun digər sahələrlə müqayisədə üstünlüyüdür”.

Prezidentin köməkçisi əlavə edib ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün dövlət bu sahəyə hər zaman dəstək verir. "Bu sahə ilə bağlı sığorta sisteminin qurulması xüsusilə aktualdır. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir: heyvandarlıq və bitkiçilik. Bu sahələrin bir-biri ilə düzgün uzlaşdırılması effektivliyin, səmərəliliyin artmasına səbəb olur. Heç bir halda heç bir sahəni digər sahəyə qurban vermək olmaz, hər iki sahənin maraqları qorunmalıdır. Bu məqam bizim dövlət siyasətimizdə daim nəzərə alınır. Kənd təsərrüfatı üçün əsas istehsal vasitəsi torpaqdır. Bu gün torpaqdan düzgün istifadə olunması bizim dövlət siyasətimizin prioritet siyasətlərindən biridir. Əgər biz müqayisə aparsaq, kənd təsərrüfatı digər sahələrlə müqayisədə sahələrarası rəqabətdə uduzur. Burada gəlirlilik səviyyəsi xeyli aşağı olduğundan dövlət davamlı olaraq öz dəstəyini verir. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə yanaşı, sözsüz ki, düzgün, əsaslandırılmış prinsipləri əldə rəhbər tutmalıyıq. Hesab edirik ki, yeni yaradılmış qurumlar öz fəaliyyətini bu prinsiplər əsasında quracaqlar. Bu prinsiplər bizi uğura aparan əsas amildir”,  - deyə o bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol