• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək pensiyaları ilə bağlı yeni qaydalar təsdiqləndi

Əmək pensiyaları ilə bağlı yeni qaydalar təsdiqləndi
23.12.2017 12:17
"Əmək pensiyaları haqqında" qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları"ı təsdiq edilib. Yeni qaydalarda əmək pensiyalarının təyin edilməsi və hesablanması və yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yaranması halları açıqlanıb.

Anews.az xezerxeber.az-a istinadən bildirir ki, qaydalara əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron formada Dövlət Sosial Müdafiə fonduna, yaxud Fondun şəhər-rayon şöbələrinə və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə müraciət edə bilərlər.

Müraciət edilən zaman pensiyanın növündən asılı olaraq bir sıra zəruri sənədlər əlavə edilməlidir. Ilk öncə növündən asılı olmayaraq penisya üçün müraciət edən şəxslər aidiyyatı quruma şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surətini və ümumi iş stajını təsdiq edən sənədlərini təqdim etməlidir

Çoxuşaqlı analar pensiya üçün müraciət etdikdə 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə arayış və uşaqların doğum haqqında şəhadətnamələrinin surətini təqdim etməlidir

Uşaqlarını təkbaşına böyüdən atalar isə 5 və daha çox uşağı təkbaşına tərbiyə etməsi barədə sənəd ananın ölüm haqqında və ya analıq hüququndan məhrum edilməsi barədə qərar və uşaqların doğum haqqında şəhadətnamələrinin surətini təqdim etməlidir

Əlilliyə görə pensiya təyin edilməsi üçün isə şəxsin sağlamlıq inkanlarının məhdudluğunu müəyyən edən qərar, Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün isə ölüm haqqında şəhadətnaməsinin surəti, pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin surətini təqdim etmək vacibdir

Sənədlər aidiyyəti dövlət orqanlarının informasiya bazasından müvafiq məlumat əldə etmək mümkün olmadıqda təqdim edilir.

Qaydalarda həmçinin yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı da açıqlanıb. Belə ki 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır.

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Qanuna uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda və 25 il sığorta stajına malik olduqda, qadınlar isə 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. bütün hallarda həmin şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmamalıdır

Qaydalar bu gündən qüvvəyə minir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol