• $
  • €
  • ₽
  • ₺
  • £

“DəmirBank” bağlandı, bəs kreditlərin taleyi necə olacaq?

“DəmirBank” bağlandı, bəs kreditlərin taleyi necə olacaq?
23.12.2017 13:19
"Hər bir bank Əmanətlərin Sığortalanması Fonduna aylıq və ya illik ödəmələr edərək onun üzvü olur.  Beləliklə də, dövlət gələcəkdə yaranacaq hər hansı  məsuliyyətin bir qismini öz üzərinə götürür”

Bunu  "Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ləğv edilən "Dəmir Bank”ın müştərilərinin əmanətləri və kreditləri ilə bağlı yaranmış narahatlığına münasibət bildirərkən deyib. 

O bildirib ki, bu ödəmələrin həcmi bankların  illik dövriyyəsindən asılıdır: " Bu da hardasa  illik 50 min manatdan başlayır. Bundan əlavə, dövlət qurumları banklara nəzarət mexanizmləri  tətbiq etməlidir. Əgər hər hansı bankda, yaxud filialda vəsaitlərin  qeyri- qanuni xərclənməsi varsa xərclənməyə görə  Palata və ya Mərkəzi Bank tərəfindən nəzarət mexanizmlərinin olması vacibdir. Bunlar  olmadığı üçün sonradan problemlər yaranır və cinayət işləri açılır. Ancaq bütün hallarda  məsuliyyətin bir hisssəsi istənilən halda dövlət qurumlarının üzərinə düşür. Sonradan  banklarla bağlı problem yaşananda dövlətin sığorta fondu ödənişlərin bir hissəsini öz üzərinə götürür. Sığorta fondu yaradılmırsa bir çox ölkələrdə banklar özəl sığorta fondalarında öz risklərini sığortalayırlar. Bizdə isə özəl sığorta fondları bu məsuliyyətin altına girmir. 

 Əslində dövlət  pis bir prisident də yaradıb. Beynəlxalq Bankla bağlı məsələdə onun 3 milyarddan çox xarici borcunu öz üzərinə götürüb. Dövlət bunu edirsə daxili borclarda da problemlərin də bir qismini öz üzərinə götürməlidir”.

Ekspert kreditlərin taleyi ilə bağlı əlavə edib ki, bundan sonra ləğv etmə komissiyası qurulacaq: ""Dəmir Bank”ın bütün məsuliyyəti hər hansı bir maliyyə qurumuna  yaxud banka həvalə edəcək. Kreditorlarla yenidən özəl müqavilələr bağlanacaq. Əgər vətəndaşlar krediti ödəməsə proses məhkəmələrə daşınacaq.  Bu gün məhkəmələrdəki işlərin çoxu bank  müştəri münasibətlərinə aiddir.  Bu böyük biabırçılıqdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol