• $
  • €
  • ₽
  • ₺
  • £

“Dəmirbank”ın əmanətçiləri üçün RİSK

“Dəmirbank”ın əmanətçiləri üçün RİSK
20.02.2018 11:15
"Dəmirbank”dakı 28.3 milyon manat qorunmayan əmanətin bir hissəsi 2016-ci il martın 2-dən öncə bankda sığortalana depozit kimi yerləşdirilən vəsaitlərdir.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi:

"Sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi. Ondan əvvəl isə 30 min manatadək olan əmanətlər sığortalanırdı. Nəticədə, 2016-ci il martın 2-dən öncə bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilərin yeni müqavilənin bağlanması üçün müraciət etmədiyi üçün depozitlər müqavilə avtomatik olaraq ya eyni şərtlərlə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb. Belə ki, əksər depozit anlaşmalarına əsasən müqavilə başa çatanda əmanətçi banka müraciət etmirsə, anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır.

Bu isə o deməkdir ki, 2016-ci il martın 2-dən öncə 6 faiz ilə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlər ilə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib”.

Ekspert qeyd edib ki, nəticədə, bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb:

"Bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətlərin olması da ondan xəbər verir ki, banka yeni anlaşma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil. Bu baxımdan da, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra bank yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda, əgər gələcəkdə bank müflis olarsa, həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski ola bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol