• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
10.03.2018 19:34
Ölkə çaylarında suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 230-260, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 287 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 240 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 49 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 6 sm artım müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2017-ci il martın 09-da 404 sm), Şirvanda 219 sm (2017-ci il martın 09-da 265 sm), Salyanda 167 sm (2017-ci il martın 09-da 207 sm), Bankədə 187 sm (2017-ci il martın 09-da 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 96 sm (2017-ci il martın 09-da 123 sm) təşkil edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol