• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Bayramında 17 mənzil aşağı qiymətlə satışa çıxarıldı

Novruz Bayramında 17 mənzil aşağı qiymətlə satışa çıxarıldı
19.03.2018 14:21
Sənayenin inkişafı ilə əlaqədar olaraq Azərbaycanın 3-cü böyük şəhəri Sumqayıtda yeni iş yerləri açılır. Gəlirləri artan Sumqayıt artıq çox abadlaşıb, yaşayış üçün daha əlverişli olub.

"Kristal Abşeron” şirkəti Bakı və Xırdalan şəhərləri ilə bərabər Sumqayıt şəhərində də yaşayış kompleksləri tikir.

3 OTAQLI MƏNZİL CƏMİ 66 MİN MANATA

Şirkətdən verilən məlumata görə, Novruz bayramı münasibətilə dəniz mənzərəli "6-cı Mikrorayon” layihəsində yeni kampaniya elan edilib. Belə ki, yaşayışa hazır 3 otaqlı tam təmirli mənzili cəmi 66 min manata təklif olunur. Son tarix 10 aprel 2018-ci ildir. (https://www.youtube.com/watch?v=VxLV9PjxPCc)

Mənzillərin sayı məhduddur, satışa cəmi 17 mənzil çıxarılıb.

TAM TƏMİRLİ VƏ "KUPÇA”LI MƏNZİLLƏR

"Kristal Abşeron” şirkəti mənzilləri tam təmirli şəkildə təhvil verir. Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, parket döşəmə(palıd), istilik radiatorları və s. daxildir.

"Kristal Abşeron”un yaşayış komplekslərindən alınan bütün mənzillər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çıxarışla (Kupça) təmin edilir.

QIŞDA İSTİ, YAYDA SƏRİN

Elektrik enerjisi və təbii qazın ildən-ilə bahalaşdığı bir dövrdə qənaət etmək məcburiyyətindəyik. Ömür boyu pulunuza qənaət etmək istəyirsinizsə, daş yun ilə izolyasiyası olan binalardan mənzil alın.

"Kristal Abşeron” şirkəti tikdiyi binaları daş yunla üzləyir. İstifadə edilən daş yun materialı Rusiya Federasiyasının Ryazan şəhərində "TexnoNİKOL” şirkəti tərəfindən istehsal edilir.

Daş yun mənzili həm soyuq, həm də istidən qoruyan mükəmməl bir istilik izolyasiyası materialıdır. Fasadı daş yunla üzlənmiş binadakı mənzillərdə qış aylarında istilik, yay aylarında isə sərinlik itmir. Qış aylarında kombi üçün təbii qaz, yay aylarında isə kondisioner istifadəsil ilə bağlı elektrik enerjisi sərfiyyatı 70%ə qədər azalır. Beləliklə, enerji xərclərinə qənaət təmin olunur, mənzil daxilində iqlim komfortu yaranır. 5 sm daş yun materialı fasadda 80 sm içi boşluqlu kərpici əvəz edir. Bu daşla üzlənmiş fasad uzun illər qulluq tələb etmir.

KREDİT ŞƏRTLƏRİ DAHA MÜNASİB EDİLİB

Tam təmirli və çıxarışlı mənzilləri faizsiz kreditlə əldə edə bilərsiniz. "Kristal Abşeron” 5 illik daxili kreditin ilkin ödəniş faizi 30%-dən 20%-ə endirilib. İş yerindən arayış təqdim edə bilməyənlər və qısamüddətli kreditə üstünlük verənlər tam təmirli mənzilə daha sərfəli şərtlərlə sahib ola bilərlər. Daxili kreditin rəsmiləşdirilməsi üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

"Kristal Abşeron" və "Xəzər İnşaat XXI Əsr” layihələrində 25 illik ipoteka imkanı ilə də tam təmirli mənzillərin satışı davam edir. İlkin ödəniş 20%, illik faiz dərəcəsi 7% təşkil edir.

Ətraflı: *1544, (018 64) 2 02 00 , (050) 498 00 08 www.kristalabsheron.az https://www.youtube.com/watch?v=VxLV9PjxPCc

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol