• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk ödənişli yol nə vaxt istifadəyə veriləcək?

Azərbaycanda ilk ödənişli yol nə vaxt istifadəyə veriləcək?
19.03.2018 15:00
Son illər ölkədə həyada keçirilən iri miqyaslı layihələrdən bir çox məhz yol infrastruturunun müasirləşməsi ilə bağlıdır. Qafqazda bir ilk olan ödənişli yolun may ayının sonuna qədər istifadəyə verilməsi gözlənilir. Artıq tariflərlə bağlı da müəyyən parametrlər müəyyənləşib. Bu barədə Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib. Agentliyin rəhbəri Şamaxı yolundakı sürüşmə probleminin birdəfəlik həllini nəzərdə tutan yeni layihədən də danışıb.

İstiPress-in məlumatına görə, Ələt ərazisindən cənub istiqamətində Astaraya qədər inşa olunan ödənişli yolla bağlı işlər yekunlaşmaq üzrədir. Ödəniş sisteminin hansı formada həyata keçirilməsi ilə bağlı hazırda işlər aparılır. Bununla bağlı tender keçirilib və Cənubi Koreyanın bir şirkəti ilə razılaşma əldə olunub. Həmin şirkətlə bütün detallar tam razılaşdırıldıqdan sonra layihənin son forması hökumətə təqdim ediləcək. Bu barədə açıqlama verən Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, həmin şirkət yolda turniketlər qurulması və digər öədniş sisteminin tətbiqini həyata keçirəcək.

Qeyd edək ki dünya praktikasında ödənişli yolllar adətən mövcud olan yollara alternativ təşkil edir. Azərbaycanda da bu prinsip əsas götürülüb. Belə ki ödənişli yol mövcud Bakı-Ələt-Astara yolunun alternativi olacaq. Amma təbii ki bu yolun müəyyən üstünlükləri olacaq. Saleh Məmmədov deyir ki, yeni yolun məsafə baxımdan qısa və daha rahat olması istifadəçilərə vaxt və yanacaq baxımdan daha sərfəli olacaq. Tariflər müəyyənləşdirildikdə də elə bir məbləğ seçiləcək ki, istifadəçilər üçün sərfəli olsun.

Agentliyin rəhbəri həmçinin daha bir böyük layihə ilə bağlı da məlumat verib. Bu isə Bakı-Şamaxı-Yevlax magistral yolunda tez tez baş verən sürüşmə və çökmə probleminin birdəfəlik həllini nəzərdə tutur. Hazırlanan layihəyə əsasən bu yolda viyaduklardan istifadə edilə bilər.

Bununla da bağlı təkliflər hökümət tərəfindən təsdiq olunarsa yaxın gələcəkdə işlərə başlanılacaq. Bu layihənin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yol Balakəndən Gürcüstan sərhəddinə olan magistralın bir hissidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol