• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzilinizi başqasına satmaq olmayacaq – “Kristal Abşeron”da XÜSUSİ İMKANLAR

Mənzilinizi başqasına satmaq olmayacaq – “Kristal Abşeron”da XÜSUSİ İMKANLAR
03.04.2018 11:09
Artıq mənzilləri ilkin qeydiyyatlı əldə edə biləcəksiniz!

1 mənzilin ÇOX sahibi…-Problemdən necə xilas olaq?

Yəqin ki hamımız gün ərzində bir neçə dəfə mənzil satışına dair müxtəlif reklamlara rast gəlirik. Əhalinin artımı və köhnə binaların sökülməsini nəzərə alaraq insanların yeni mənzillərə böyük tələbatının olduğu hələ də aktual olaraq qalır. Buna mənzil şəraitini yaxşılaşdırmaq istəyənləri də əlavə etsək, bu tələbatın nə qədər yüksək olduğunun şahidi oluruq.

Bununla belə, əhalinin böyük kütləsində mənzil alarkən onun sənədləşməsində ciddi şübhələr mövcuddur. Söhbət mənzilin bir neçə nəfərə satılması hallarından və binanın inşası bitdikdən sonra sənədləşmə işlərinin tamamlanmamasına görə mənzillərin çıxarış və texniki passportla təmin edilməməsindən gedir. Son zamanlar bu kimi halllar nisbətən azalsa da, amma hələ də bəzi MTK-ların bir evi bir neçə vətəndaşa satması və inşa edilib bitmiş binaların əmlak məsələləri dövlət komitəsi tərəfindən çıxarışla təmin edilməməsi ilə bağlı məhkəmə proseslərinin şahidi oluruq. Bəs yeni mənzil almaq istəyən vətəndaş belə halla qarşılaşmamaq üçün nə etməlidir?

Bir çox ölkələrdə mənzillər alınarkən bina tikintisi başa çatmasa belə, ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilir. Bu, tikilinin ilkin qeydiyyat sənədidir. Azərbaycanda da bəzi tikinti şirkətləri bu sahədə beynəlxalq təcrübədən yararlanmağa başlayıblar. Artıq tikinti şirkətləri inşa edəcəyi binaları qabaqcadan dövlət qeydiyyatına sala bilirlər. Amma son zamanlar pilot layihələrin artması və yeni tikinti şirkətlərinin meydana çıxması ilə əlaqədar iri şirkətlər vətəndaşlara mənzil alarkən ehtiyatlı davranmağı məsləhət görür. Məsələ ilə bağlı "Kristal Abşeron” MTK-dan bildirildi ki, nağd və ya kredit şərtilə satılmasından aslı olmayaraq vətəndaşlar xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütləq mənzilin ilkin qeydiyyat sənədini tələb etməlidirlər. Hətda şirkətdən nümunə üçün bir sənədi də bizə təqdim etdilər. Çünki ilkin qeydiyyat sənədi olan MTK-da bir mənzilin bir neçə nəfərə satılması mümkün deyildir.

Qeyd edək ki, "Kristal Abşeron” MTK mənzil almaq istəyən bütün müştərilərinə ilkin qeydiyyat sənədini təqdim edir. Belə ki, "Kristal Abşeron”un inşa etdiyi bütün layihələrdə əmlakın qabaqcadan dövlət qeydiyyatı barədə dövlət reyestrindən arayışı istənilən müştəri mənzil alacağı filialından tələb edə bilər.

Xatırladaq ki, 2003-cü ildən "Kristal Abşeron MTK” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkət bir çox böyük layihəyə imza atıb. 15 il ərzində Bakı Sumqayıt və Xırdalan şəhərlərində bir çox layihə tamamlayıb. Şirkət müştərilərinə həm nağd, həm uzunmüddətli ipoteka ilə, həm də 5 illik kredit şərtilə təmirli mənzillər təklif edir.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol