• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib
21.05.2018 18:24
Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom ölkəmizi daha bir beynəlxalq sərgidə təmsil edib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda Azercell özünün ən son yeniliklərini, 3G və 4G texnologiyalarını, korporativ strukturlar üçün M2M texnologiyaları üzərində çalışan müxtəlif xidmətləri, eləcə də şirkətlər üçün mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan Virtual ATS xidmətini təqdim edib.

Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər sərgiyə təşkil olunan VİP tur çərçivəsində Azərbaycan Milli Pavilyonuna baş çəkərək, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar. Dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin öz məhsullarını təqdim etdiyi sərgi-forum informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur. "TİBO-2018" sərgisini dövlət idarəetmə orqanları, elmi-tədqiqat və tədris müəssisələri, müxtəlif iqtisadi sahələr və mülkiyyət formalı müəssisələrin 18 000-dən çox nümayəndəsi ziyarət edib.

Qeyd edək ki, Azercell dəfələrlə ölkəmizi beynəlxalq sərgi və konfranslarda uğurla təmsil edərək nüfuzlu mükafatlara layiq görülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol