• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan çiyələyində antibiotik aşkarlanıb?

Azərbaycan çiyələyində antibiotik aşkarlanıb?
29.05.2018 11:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyanın Çindən gətirilən çiyələklərdə antibiotik və pestisidlər aşkarlanmasından sonra Azərbaycanın da həmin ölkədən çiyələklər idxal edib-etməyəcəyinə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, xidmətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan çiyələk istehsalçısı olduğu üçün heç bir ölkədən, eləcə də Çindən çiyələk məhsulları idxal etmir. 2018-ci ilin ilk dörd ayı ərzində yalnız Türkiyədən kiçik həcmdə (20.61 ton) çiyələk idxal olunub. Bu məhsuldan götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında müayinə olunub və məhsulun tərkibində heç bir zəhərli maddə və ya zərərverici aşkar olunmayıb.

Qeyd edək ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib.

Rusiyanın Primorsk diyarında və Saxalində Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb.

Bununla belə, meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil.

Bununla əlaqədar olaraq, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu sahədə qanunvericiliyə dəyişikliklərin olunmasını təklif edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol