• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kişilərin sayı kəskin artıb

Azərbaycanda kişilərin sayı kəskin artıb
31.05.2018 19:48
Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib.
 
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib. 

Onun sözlərinə görə, hazırda əhalinin 49,9 faizini kişi, 50,1 faizini qadınlar təşkil edir. "Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər, bu disbalans təbii sürətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, proses bir çox hallarda təbii sürətdə baş vermir. Bununla bağlı 2017-2025-ci illər üzrə Reproduktiv sağlamlığa dair Milli Strategiya hazırlanır". 

S. Qəhrəmanova bildirib ki, dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Əfsuslar olsun ki , Azərbaycan bu problemdən kənarda qalmayıb. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir. Xüsusi ilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlaması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və s.) maarifləndirmə kampaniyalarının keçirilməsi zəruridir".

Onun sözlərinə görə, son illər aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji norma (100 qıza 105-107 oğlan düşməlidir). Hazırda bu nisbət 100-112-dir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol