• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın rəhbərliyində dəyişiklik

AccessBank-ın rəhbərliyində dəyişiklik
31.05.2018 12:44
Ötən gün AccessBank-ın Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) Anar Həsənov icra edəcək.

Anar Həsənovun İdarə Heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb  və  baxılması üçün bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq. 

Ölkənin ən təcrübəli bankirlərindən olan cənab Həsənov 15 ildən çoxdur ki, AccessBank-da çalışır. Belə ki, o, AccessBank yarandığı gündən mikrokreditləşmə üzrə mütəxəssis qismində karyerasına başlayıb. Daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış Kiçik və Orta Biznes Departamentinə keçib. A. Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinin üzvü seçilib. Cənab Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. 

Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsində "Maliyyə” istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə maqistr dərəcəsinə yiyələnib. A.Həsənov həmçinin, Pensilvaniya Universiteti nəzdində "Ali Bank Məktəbi”ni bitirib.

Qeyd edək ki, AccessBank-ın fəaliyyəti boyunca ilk dəfə olaraq Müşahidə Şurası tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə yerli kadrın namizədliyi irəli sürülüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol