• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının təmiz və çirkli çimərlikləri

Bakının təmiz və çirkli çimərlikləri
01.06.2018 13:29
"Bu gün çimərlik turizmi ilə məşğul olmaq üçün potensialımız var"
 
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Mirsalam Qəmbərov deyib. O, bildirib nazirliyin müvafiq qurumu bütövlükdə Xəzər dənizinin Azərbaycana mənsub olan sahil və çimərlik zonalarında mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqi həyata keçirir. 

"Götürülmüş su və dib çöküntülərinin nümunələri üzərində analitik, mikrobioloji və ekotoksikoloji təhlillər aparılır. Çirklənmənin səbəbləri müxtəlifdir: Xəzərə yönəlmiş axarlar və insanların istirahət etdiyi zaman yaratdıqları ekoloji yük".

M.Qəmbərov bildirib ki, ETSN tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyi, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb, həmin axarların bir yerə toplanması üçün tədbirlər həyata keçirilir, çirkab suları təmizləndikdən sonra isə dənizə axıdılır. 

Nazirlik rəsmisi, həmçinin Bakının ən təhlükəli çimərlikləri barədə məlumat verib: "Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri mövsüm üçün yararlıdır. Lakin Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə orada zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyən edilib. Bu səbəbdən qeyd olunan çimərliklərdn istifadə məqsədəuyğun deyil. Hazırda Xəzər dənizinin sahil zolağı və çimərlik ərazilərində ardıcıl və davamlı monitorinq işləri davam etdirilir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol