• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlıq sazişi imzalayıblar! - FOTOLAR

“Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlıq sazişi imzalayıblar! - FOTOLAR
21.11.2014 17:53
Korporativ sosial məsuliyyətə mühüm əhəmiyyət verən “Bank of Baku” Azərbaycan təhsilinin dəstəklənməsinə yönəlmiş növbəti addımını atıb. Belə ki, “Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar.İkitərəfli saziş bankla təhsil oçağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Sənədə əsasən yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüd proqramından faydalana biləcəklər. Qarşılıqlı əməkdaşlıq həmçinin tələbə və məzunların "Bank of Baku"-da təcrübə proqramlarına cəlb edilməsini və universitetdə fəaliyyət göstərən “Sabah” qruplarının təhsil aldığı auditoriyalardan birinin maddi-texniki təchizatının bank tərəfindən təmin olunacağını nəzərdə tutur.İmzalanma mərasimindən öncə müəllim-professor heyəti qarşısında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkənin inkişafında təhsilin mühüm rolundan danışaraq, bu proseslərdə biznes sektorunun təhsilin inkişafına göstərdiyi marağın və qayğının dəyərli olduğunu vurğuladı. Rektor ikitərəfli əməkdaşlıqdan müəllim və tələbələrin səmərəli istifadə edəcəklərinə əmin olduğunu bildirdi.Öz növbəsində “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov vurğuladı ki, bank üçün sosial yönlü aksiyalar prioritet əhəmiyyətlidir və bu mənada təhsilə ayrılan diqqət müstəsna əhəmiyyət daşıyır. Fərid Hüseynov qeyd etdi ki, “Bank of Baku” artıq Azərbaycanın bir neçə aparıcı ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir və yüzlərlə tələbə bu əməkdaşlıqdan geniş faydalanır.“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universiteti ilə əlaqələrin güclənəcəyinə inanır və gələcəkdə bir çox maraqlı layihələr həyata keçirməyi planlaşdırır.145 Məlumat Mərkəzi www.bankofbaku.com www.facebook.com/bankofbakuANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol