• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar Assosiasiyasında yeni təyinat

Banklar Assosiasiyasında yeni təyinat
10.08.2018 14:55
Azərbaycan Banklar Assosiasiyasının (ABA) "İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun avqust ayı üzrə növbəti iclası keçirilib.

ABA-dan anews.az-a verilən məlumata görə, iclas fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr edilib.

Ekspert Qrupunun iclası zamanı enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə aid olan digər məsələlər müzakirə edilib. Müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.

Həmçinin iclas zamanı qrupda yeni təyinat olub. Belə ki, İlqar Əliyev "İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun müavini vəzifəsinə təyin edilib.

İlqar Əliyev 2006-2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İnformasiya texnologiyaları üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışıb. 2013-cü ildən GRC Assurance & Advisory şirkətində İdarəetmə Auditi üzrə menecer vəzifəsində işləyib. 2017-ci ildən Prima Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəridir.

Hazırda İnformasiya Sistemlərinin Təhlükəsizliyi və İdarəedilməsi üzrə Audit və Konsultasiya xidmətləri təqdim edir.

2006-cı ildən Beynəlxalq İSACA (ABŞ) assosasiyasının üzvüdür. İlqar Əliyev CISA (İnformasiya Sistemləri üzrə Sertifikatlaşmış Auditor), CISM (İnformasiya Təhlükəsizliyi üzrə Sertifikatlaşmış Menecer), CGEIT (İnformasiya Texnologiyalarının İdarəçiliyi üzrə peşəkar sertifikat), CRISC (İnformasiya sistemlərində risklərə nəzarət üzrə peşəkar sertifikat), COBIT 5 Security Assessor peşəkar sertifikatlara malikdir.

Xatırladaq ki, Ekspert Qrupunun sədri "PAŞA Bank”ın İdarə Heyətini üzvü Cəlal Orucovdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol