• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranların NƏZƏRİNƏ - 250-dən artıq vakansiya

İş axtaranların NƏZƏRİNƏ - 250-dən artıq vakansiya
17.09.2018 13:14
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (8 vəzifə) və B (257 vəzifə) növünə aid olan 265 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Dövlət İmtahan Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti oktyabrın 17-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 17 oktyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Statistika Komitəsi (84 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

Əmlak Məsələləri Dövlət Komitəsi (64 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 10, BB1 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 14, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 32 vəzifə

Səhiyyə Nazirliyi (17 vəzifə) – AB2 altqrupu üzrə 3, AC3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 6, BA4 altqrupu üzrə 5, BB3 altqrupu üzrə 2 vəzifə

Maliyyə Nazirliyi (34 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 27 vəzifə

Gənclər və İdman Nazirliyi (28 vəzifə) - AC3 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 22 vəzifə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (16 vəzifə) - AC4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 12 vəzifə

Dövlət Statistika Komitəsi (84 vəzifə) – BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 9, BB4 altqrupu üzrə 68 vəzifə

Tarif (qiymət) Şurasının Katibliyi BA4 altqrupu üzrə 1 vəzifə

Milli Televiziya və Radio Şurasında BA3 altqrupu üzrə 1 vəzifə

Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə

İmişli Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

Göyçay Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Gəncə İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 265 vakant vəzifənin 3-ü AB, 5-i AC, 36-sı BA, 221-i isə BB vəzifə qrupuna aiddir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol