• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtomobillər yenidən bahalaşdı

Bakıda avtomobillər yenidən bahalaşdı
02.10.2018 08:35
2018-ci ilin avqustunda Bakının avtomobil bazarında orta qiymət 28 298 manat təşkil edib.

Anews.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, iyulla müqayisədə qiymətlər avqustda 2,6 faiz artıb. Son bir neçə ay ərzində isə avtomobillərin qiyməti orta hesabla 24,2 faiz qalxıb.

N.İbrahimov bildirib ki, avqust ayında ümumilikdə 1 451 avtomobil satışa çıxarılıb:

"İyul ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli avqustda 22,8 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 84,9 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 27 283 manat təşkil edib. İyulla müqayisədə bu, 0,14 faiz artım deməkdir. Dizel mühərrikli avtomobillər bazarın 15,1 faizini təşkil edib, orta qiymət isə 34 013 manat olub (16,6 faiz artım). Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 68,8 faiz, orta qiyməti 35 802 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 31,2 faiz, orta qiyməti 11 774 manat təşkil edib”.

Ekspert bildirib ki, avqust ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 173,34 min kilometr təşkil edib ki, bu göstərici iyul ayı ilə müqayisədə 5,2 faiz çox olub. Avtomobillərin orta yaşı təxminən 12,5 il olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol