• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid vərəsələrinə ödəniş verilməsinə başlandı - VİDEO

Şəhid vərəsələrinə ödəniş verilməsinə başlandı - VİDEO
09.10.2018 19:43
Bu gündən etibarən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar.

Unikal.org xəbər verir ki, 3 gün ərzində məlumat notarius orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcək. Nazirlik toplanmış məlumatları ayda bir dəfə Maliyyə Nazirliyinə ödəmə üçün göndərəcək.

Şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün bu il dövlət büdcəsindən 58 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməni almaq üçün təqdim edilməli olan sənədlərin siyashısını açıqlayıb.

Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol