• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın 1-dən gömrükdə CİDDİ YENİLİK BAŞLAYIR

Fevralın 1-dən gömrükdə CİDDİ YENİLİK BAŞLAYIR
12.01.2019 16:57

Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası ilə bağlı görüş təşkil olunub.

Komitədən Sonxeber.az-a daxil olan məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, baş idarə rəisləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dünya Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Görüşün əsas məqsədi "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası barədə biznes subyektlərini bilgiləndirmək olub.

Bununla bağlı çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayil Hüseynov bildirib ki, bu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq ediləcək.

Diqqətə çatdırılıb ki, bu addımda məqsəd idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini təmin etmək, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək, gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, eləcə də idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol