“Gilan” “AFB Bank”ın 99,64% səhmlərini satdı

"AFB Bank”ın əsas səhmdarı olan "Gilan” MMC payını satdığı bildirilir.
Anews.az Report-a istinadla xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Məlumata görə, səhmdarın dəyişməsi Bankın fəaliyyətinə heç bir təsir göstərməyəcək, əksinə, bazara müasir yeniliklər gətirəcək.
Bu işlər çərçivəsində "AFB Bank”ın adının dəyişdiriləcəyi (Bankın rebrendinq edəcəyi) gözlənilir.
"AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























