• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tarixdən sosial müavinətlər artımla veriləcək - VİDEO

Bu tarixdən sosial müavinətlər artımla veriləcək - VİDEO
25.02.2019 18:18
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.
Anews.az-ın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq.
Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq .

Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.
Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq. 
"2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat, 3-cü qrup üzrə isə 320 manat olacaq. 
Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq. 
Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb. Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”. 
S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq. 
Doqquz min vətəndaşın ailəsində  beşdən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı. 
"Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, - deyə nazir bildirib.
Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb. 
"Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq  gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol