• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkara kəsilmiş qanuni amma haqsız cərimə necə ləğv olundu?

Sahibkara kəsilmiş qanuni amma haqsız cərimə necə ləğv olundu?
26.04.2019 18:46
 «Vergilər nazirliyində 3 görüş, məktublaşmalar, çoxsaylı zənglər, Azərbaycan Konstitusiya Məhkəməsinə iki məktub, zənglərdən, – bir sözlə altı aylıq ciddi mübarizədən sonra, nəhayət mənə qanuni amma haqsız kəsilmiş 40 manat cərimə ləğv olundu», – bunu  Anews.az-a keçmiş jurnalist, hazırda işsiz olan Rafiq Məmmədli deyib.
 
Bəs görəsən necə olub ki, sahibkar vVergilər nazirliyinin ilk baxışda qanuni kəsilmiş cəriməsini məhkəmə yolu ilə ləğv edə bilib?: 
 

 
Məmmədlinin sözlərinə görə, o, buna həmin cərimənin əslində vergi mükəlləfiyyəti ilə, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə qətiyyən əlaqəsi olmadığı üçün nail ola bilib. «Əlbəttə sual olunacaq ki, necə ola bilər ki, Azərbaycanın vergi orqanları qanuni kəsilmiş cəriməni ləğv edib, halbuki Azərbaycanda heç qanunsuz kəsilmiş cərimələrin ləğvi mümkün deyil. Məsələ burasındadır ki, bu cərimənin əslində vergi mükəlləfiyyəti ilə, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Heç kimin ağlına belə gəlməz ki, günlərin bir günündə səni 40 manat cərimə ediblər. Söhbət "vətəndaşın yaşayış ünvanını dəyişib vergi orqanlarına xəbər verməməsi”ndən gedir. Yəni qeydiyyatını (propiska) dəyişib xəbər vermədiyi halda vətəndaşın cərimələnəcəyi ilə bağlı Vergilər Məcəlləsinə nə az-nə çox, düz 2 maddə bəndi (33.3 və 33.4) salınıb. Təbii ki, mənim bu, mütləq dərəcədə antikonstitusion qaydadan xəbərim yox idi və qəti əminəm ki, tək-tək sadələşmiş vergi uçotunda olan sahibkarın bundan xəbəri var. Bu qalmaqalın ən absurd cəhəti mənim işləmədiyimdir. Artıq neçə ildir ki, VÖEN-im də bağlı idi. Maraqlıdır ki, vergilərə yaşayış ünvanımın dəyişildiyini də elə özüm xəbər vermişəm, və bu da maraqlıdır ki, işləmədiyim barədə arayış alarkən... Sonda vergi ödəyicilərinə səbirli olub axıra qədər ədalətsizliklə mübarizə aparmağı arzu edirəm, nə qədər uzun çəksə də, nə qədər köməksiz və ümidsiz olsanız belə mübarizədən çəkilməyin», deyə Məmmədli vurğulayıb.
 

Rafiq Məmmədli Vergilər Məcəlləsinə əlavə edilən 33-cü maddənin iki bəndinin Azərbaycan Respublikası Konstitusiyası ilə uyğun gəlmədiyi üçün çıxarılmasını təklif edir.
 
Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
 
M.Q.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol