• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadə və Nuru paşanın fotoları avronun üzərində - Foto

Rəsulzadə və Nuru paşanın fotoları avronun üzərində - Foto
29.05.2020 04:53
Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Rəsmiyyə Qarayeva  öz "Facebook” hesabında paylaşıb. 

Türkiyəli kolleksiyonçu Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və "Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söylədi. "Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi.
 
Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik.

Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulunun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik", - deyə o bildirib.

Araşdırmacı yazar Atilla Oralın sözlərinə görə,  Özgür bəyin böyük zəhmətilə meydana gələn avro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ay ulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. "Bu eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq", - deyə Atilla Oral əlavə edib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
İqtisadiyyat 17:32
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol