• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Həsənov: " Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. "

Anar Həsənov: " Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. "
29.05.2020 04:51
Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan AccessBank 2019 – cu ilin dördüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Rüb ərzində AccessBank-ın aktivləri 73,610 mln. manatlıq artım nümayiş etdirərək 897.886 mln. manata çatıb.

AccessBank-ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498.979 mln. manat həcmində olan xalis kredit portfeli dördüncü rübün yekununa 536.428 mln. manata yüksəlib ki, bu da 37.449 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610,958 mln. manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilmişdir.

Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14.247 mln. manat artaraq 660.960 mln. manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159.822 mln. manat artıb.
 
Dördüncü rübün sonuna bank 13.782 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76.055 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16.063 mln. manat deməkdir.
 
Hazırda bankın məcmu kapitalı 76.090 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26.090 mln. manat çoxdur.
 
Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66.35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.2 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın Noyabr və Dekabr ayları üzrə gəliri 7 mln manatdan çox olmuşdur.
 
AccessBank müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir".
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol