• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika rəqəmsal bankçılığın inkişafı istiqamətində mühüm addım atıb

Bank Respublika rəqəmsal bankçılığın inkişafı istiqamətində mühüm addım atıb
29.05.2020 04:49

Fevralın 12-də  Bakıda "Visa” beynəlxalq kart təşkilatının, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə "Driving the Future” mövzusunda "Visa Cashless Forum” keçirilib.
 
Qafqazda ilk dəfə olaraq keçirilən forumda müasir ödəniş sistemini yaradan amillər, innovasiyalı ödəniş variantları, bank sektorunun gələcəyi, rəqəmsal bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişlərin təşviqi və s. mövzular müzakirə edilib.
 
Forumda iştirakçılar tərəfindən ən çox maraqla qarşılanan mövzulardan biri isə, ölkəmizdə ilk dəfə olaraq Bank Respublika tərəfindən təqdim edilən "Open Banking” layihəsi olub. Bu layihə çərçivəsində bankda hal-hazırda mövcud olan 12 ədəd Open API vasitəsilə developerlər, bank müştəriləri üçün yaratdıqları müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlərini müştərilərin bank məlumatları ilə təmin edə bilər. Nəticə etibarilə müştərilər sadəcə bir bank əlavəsindən deyil müxtəlif funksiyalı əlavələrdən yararlanaraq öz bank təcrübələrini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıra biləcəklər.
 
Open Banking yanaşmasının Azərbaycan bazarı üçün yeni olduğundan, Bank ötən ilin sonunda "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə olaraq OpenBanking Lab pilot layihəsinə start vermişdir. 16 həftə davam edən layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim etdillər. Fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq "Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test (SandBox) rejimində olan Open API interfeysi təqdim edilmişdir.  
 
Forumda həmçinin Akhundoff Networks şirkəti ilə əməkdaşlıq nəticəsində Portamanat.az saytında pilot formatda hazırlanmıs Open API-ların praktik tətbiqi nümayiş etdirilmişdir.   
 
Forumun Rəqəmsal dövrdə bank biznes modeli panelində çıxış edən "Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirib: " İlk öncə mən Visa şirkətinə və müzakirə iştirakçılarına bu mövzuya xüsusi diqqətə qörə təşəkkür edirəm. Bank Respublika Open Bankinq yanaşmasının əsasında olan Bank-as-a-Service modelinin tətbiqini bank sektorunda qabaqcıl təcrübə olacağına inanır. Bu səbəbdən biz ölkədə ilk olaraq ideyalar, həllər və qarşılıqlı əlaqələrə əsaslanan Open Banking yanaşmasını tətbiq edirik. Əminəm ki, bu layihə fintex-şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişlədirərək ölkədə bank sektorunun rəqəmsal transformasiyasına təkan verəcəkdir.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 


 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
İqtisadiyyat 17:32
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol