• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
29.05.2020 04:47
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün olan və eyni statusu daşımayan şəxslərlə ailə quran qadınlara verilən müavinətin dayandırılmasına aydınlıq gətirib. 

Anews.az "Report”a istinadən xəbər verir ki, bu məsələ mövcud qanunvericilik əsasında tənzimlənir. 

Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun müəyyən edilir. 

Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir: "Məcburi köçkün statusu olan qadın ailə qurduqdan sonra ona verilən müavinət dayandırılmır. Bu hal yalnız, ərazisi işğal olunmuş rayondan olmayan şəxslə ailə qurduqda şamil olunur. Nazirlər Kabinetinin 11 saylı qərarının 2-ci bəndi məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinətin hansı hallarda şamil edilmədiyini göstərir. 11 nömrəli qərarın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara müavinətin verilməsi şamil edilmir”.

Həmçinin, Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkün statusuna malik olan şəxslərin xarici ölkəyə getməsi ilə bağlı müavinətin dayandırılması prinsipləri Nazirlər Kabinetinin 11 saylı qərarının 2.8 və 2.9-cu bəndlərdə əks olunub:
 
"2.8-ci bəndə əsasən "məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə müavinət verilmir. 2.9-cu bənddə isə göstərilir ki, "məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Burada istisna hal kimi qeyd edilir ki, başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir. Müraciət qanunauyğun formada araşdırılır və müvafiq tədbir görülür. Təəssüf ki, xarici ölkədə qalma müddətinin səbəbləri ilə əlaqədar istisna hal tətbiq olunmur”.

Dövlət Komitəsi məcburi köçkün statusunda olan şəxsin adında ev olduğu təqdirdə ona verilən müavinətin kəsilməsinə də aydınlıq gətirib: "Bu da Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.
 
Qaydanın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinətin verilməsi şamil edilmir. Qaydada yalnız, yaşayış sahəsi olan məcburi köçkünlər haqqında bənd vardır. Nəqliyyat vasitəsi, yaxud digər mülkü olan məcburi köçkünlərlə bağlı heç bir tədbir nəzərdə tutulmur və icra edilmir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
İqtisadiyyat 17:32
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol