• $
  • €
  • ₽
  • ₺
  • £

"Kapital Bank"ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi

"Kapital Bank"ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi
29.05.2020 04:46
20 fevral 2020-ci il tarixində Kapital Bank-ın rəsmi təşkilatçılığı ilə keçirilən "Partners and Business” sərgisinin açılışı baş tutub. Sərgiyə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə qatılıb.

Sərgidə yerləşdirilmiş Kapital Bank-ın xüsusi stendi vasitəsi ilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes kartlar və kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və BirKart haqqında ətraflı məlumat verilir. Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından tanış ola bilərlər.

22 fevral tarixinədək davam edəcək "Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol