• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club B2B FORUM BAKU keçirib

Caspian European Club B2B FORUM BAKU keçirib
29.05.2020 04:45

Caspian European Club və Caspian Energy Azərbaycan, Gürcüstan və Qazaxıstanda B2B forumun təşkilini bərpa edib. Birinci B2B forum 2020-ci il fevralın 27-də Bakıda keçirilib, inşaat, tikinti innovasiyaları və inşaat sektorunda müasir qərarlar mövzusuna həsr olunub. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
B2B forum çərçivəsində Nabucco A&C, BIMD MMC, Caspian Service MMC, Yagmur-2 MMC, Gardashlar Mebel, CAHAN Holding (Magna brendi), Kartaş Ltd LLC (Mr.Fix), VIEN Group MMC şirkətlərinin nümayəndələri qısa təqdimatla çıxış etmək, öz fəaliyyətləri barədə danışmaq imkanı əldə ediblər. B2B forumda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri, həmçinin diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və ekspertlər iştirak ediblər.
 
B2B forum Caspian European Club tərəfindən beynəlxalq biznes netvorkinqi üçün yaradılmış unikal platformadır. Bu tədbir çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir və öz fəaliyyətləri barədə məlumat verirlər.
 
Hər ay Bakı, Almatı və Tbilisdə keçiriləcək B2B forum Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin Xəzər-Qara dəniz və Baltik regionunun digər ölkələrinin iqtisadiyyatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin yaradılması üçün əlavə platformaya çevriləcək.
 
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol