• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır

Azercell Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır
29.05.2020 04:45
 
Fevral ayının 28-i Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və "Azercell Telecom” MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalandı. Ölkədə olimpiya layihəsi, birbaşa idman, sağlam həyat tərzi dəyərlərinin təbliğinə və inkişafına daima dəstək olan Azercell 2 il ərzində, 2021-ci ilin sonunadək, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.

Memorandumlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, "Toyota Qafqaz” MMC-nin direktoru Rəşad Saracov və "Blue Planet Distribution” MMC-nin direktoru Səbinə Qazı-zadə tərəfindən imzalanıb.
İmzalama mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mötəbər idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib. Dövlət və hökumət  nümayəndələrinin, respublikanın idman ictimaiyyətinin tanınmış simalarının, tərəfdaşların, eləcə də media nümayəndələrinin iştirak etdiyi tədbirdə "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev öz növbəsində imzalanan tərəfdaşlıq memorandumunun mühümlüyünü vurğulayıb və Azərbaycanda Olimpiya hərəkatının inkişafında şirkətin iştirakının əhəmiyyətindən danışıb. "Biz, tərəfdaş olaraq, idman, sağlam həyat tərzinin təbliğində, o cümlədən maarifləndirmə sahəsində böyük olimpiya ailəsinin üzvləri ilə bütün imkanlarımızı bölüşməyə hazırıq. Ümid edirik ki, belə bir addım nəinki Oyunlara tamaşa edən auditoriyanın genişlənməsinə, həm də minlərlə gəncin idmanla məşğul olmasına səbəb olacaq. Ölkəmizi təmsil edəcək bütün idmançılarımıza bu məsuliyyətli yolda güclü olmağı, bayrağımızı daima ucaltmağı arzulayıram.”

Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul-9 avqust 2020-ci il tarixində keçiriləcəkdir.

Xatırladaq ki, hər zaman sosial layihələrin təşəbbüskarı kimi tanınan "Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyir. Bununla da şirkət sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol