• $
  • €
  • ₽
  • ₺
  • £

"Airbus"dan məcburi eniş edən təyyarəsi ilə bağlı açıqlama

"Airbus"dan məcburi eniş edən təyyarəsi ilə bağlı açıqlama
17.07.2014 16:30

Fransanın təyyarə istehsalçısı "Airbus" aviaşirkəti “A 380” tipli sərnişin təyyarələrin qapıları ilə bağlı problemlərin ciddi olmayacağı ilə bağlı sifarişçilərini inandırmağa çalışıb.

“APA-Economics”in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada keçirilən "Farnboro" aviaşousu çərçivəsində iştirak edən şirkət rəsmisi bildirib ki, bu ilin yanvar ayında "Singapore Airlines"a məxsus olan “A 380” tipli sərnişin təyyarəsinin qapısı ilə bağlı yaranan problemə görə Bakıda məcbur eniş etməsindən sonra aviaşirkət qapılarla bağlı yeniliklərin sınaqdan keçirilməsinə başlayıb. Şirkətin nümayəndəsi bildirib ki, bütün bunlar təyyarələrin təhlükəsizliyi və sifarişçilərə çatdırılması ilə ciddi problemlər törətməyəcək. Qeyd edək ki, “A 380” təyyarələri dünyada ilk iki gövdəli təyyarədir və 800-ə qədər sərnişin daşımaq qabiliyyətinə malikdir. Xatırladaq ki, bu il “Singapore Airlines” aviaşirkətinin London-Sinqapur aviareysini yerinə yetirən “Airbus-A 380” tipli sərnişin təyyarəsi bu il yanvarın 6-da Bakıda hava limanında məcburi eniş edib. Aviaşirkətin sosial şəbəkələrdə yaydığı rəsmi xəbərə görə, məcburi eniş yerli vaxtla saat 01:03-də həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol