• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15.01.2021 10:37
"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru Coel Derbişirlə görüşüb.

QSC-dən Anews.az-a verilən məlumata görə, görüşdə Böyük Britaniyanın dağ-mədən sahəsində çalışan şirkətləri ilə "AzerGold” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Cəmiyyətin sədri Zakir İbrahimov "AzerGold” QSC-nin geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə "AzerGold”un beynəlxalq əməkdaşlığa önəm verdiyini bildirən sədr Cəmiyyətin Böyük Britaniya şirkətləri ilə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.

Böyük Britaniya şirkətlərinin dağ-mədən sənayesində qabaqcıl təcrübəyə sahib olduğunu qeyd edən Coel Derbişir təmsil etdiyi ölkənin Azərbaycanla bu sahə üzrə də tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Diplomat həmçinin bu tip görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.

Görüşdə dağ-mədən sektorunda inkişaf tendensiyaları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol